“Sahibkarlıq sahəsi məmursuzlaşdırılmalıdır”
20:52 18.05.2016
Arxiv
714
“Biz inkişaf istəyiriksə bazar iştirakçılarının hamısına eyni şərait yaradılmalıdır”
Göyçay rayon Potu kənd sakini, iş adamı Minayə Mayılova məmurların sahibkarları və ya sahibkarlığı boğmalarından şikayətlənib. Xanım sahibkar qeyd edib ki, vaxtlı-vaxtında vergisini ödəsə də, tamahına sahib çıxa bilməyən məmurlar onun fəaliyyətinə əngəl törədir: "Rayonda” Sadiq Çingizoğlu” adlı motelin, "Göyçay” çay evinin sahibidir.
Ancaq qazancının çox hissəsini məmurlara verdiyindən fəaliyyəti iflic vəziyyətinə düşüb: "Maliyyə imkansızlığına görə böyük çörəkbişirmə zavodumun tikintisi yarımçıq qalıb. Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətimin davam etdirilməsi üçün kreditin ayrılmasına razılıq versə də, Mərkəzi Bank işi yubadır. Normal ölkədə mənim kimi çalışan sahibkarın pulunun üstünə pul gəlməliydi. Mən isə aydan-aya borclana-borclana gedirəm. İldə 1 milyon cücə yetişdirən böyük inkubator aparatının ikisini borcuma görə satmışam. Çörəkbişirmə zavodunun həyətinin bir hissəsini "Azərsu” ASC-nin Göyçay rayon şöbəsi zəbt edib, ehtiyat su anbarı tikib. Məhkəmə ASC-yə qarşı iddiamı təmin etsə də, qətnamə icra olunmur”.
Vəziyyəti "Şərq”ə şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, əsas ona çalışmaq lazımdır ki, məmurların özləri bizneslə məşğul olmasınlar: "Sahibkarlıq sahəsi məmursuzlaşmalıdır. Dövlət resurslarını əllərində cəmləmiş məmurlar həm də biznes strukturlarına birbaşa özləri rəhbərlik edirlər. Yenə qohum-əqrəbalarının, ailə üzvlərinin adlarına açılmış şirkətlərə ağalıq edirlər. Bu da sahibkarlığın boğulması deməkdir. Ona görə də, bazar iştirakçılarının hamısına eyni şərait yaradılmalıdır. Cənab Prezident sahibkaraların arxasında dayandığını dəfələrlə bəyan edib. Onlara maddi və mənəvi dəstək göstərdiyini dilə gətirib. Bu, həqiqətən də belədir. Hamı şahiddir ki, dövlət başçısı Nazirlər Kabinetinin bütün iclaslarında və bölgələrə səfərlərində bu barədə danışır. Təəssüflər olsun ki, bizneslə məşğul olmayan məmur yoxdur. 2 min manat əmək haqqı alan məmurun böyük biznes şəbəkələri var. İqtisadiyyatda monopoliya yaradıblar. Məsələn, 2012-ci ilə də "Baku Steel Company” MMC-nin rəhbəri də bizə qarşı bu cür əngəl yaradıb. Bizi bazardan zorla sıxışdırıb, çıxardı. Bu məsələ araşdırılmır. Şikayətlərimizə baxmayaraq hüquq-mühafizə orqanları bunu araşdırmır. Proses hələ də davam edir. Bu səbəbdən ölkədə sahibkarlıq boğulur. İtirən həm sahibkarlar həm də ölkəmiz, büdcəmiz olur”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq