“Sarı qarpız GMO deyil”- Nazirlik
14:25 12.07.2016
Arxiv
694
"Son günlər Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda sarı qarpızın becərilməsi ilə bağlı məlumatlar yayımlanmaqdadır. Bir çoxları bunu qeyri-adı hal kimi qəbul edir. Bəzi şəxslər isə bu məhsulun Geni Modifikasiya Olunmuş (GMO) məhsul olması ilə bağlı əsassız fikirlər səsləndirirlər”. Lent.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib. Xidmət rəisi sarı qarpızın adi qarpız kimi "Qabaqkimilər” fəsiləsinə aid olduğunu və yabanı qarpızla adi qarpızın çarpazlaşdırılması nəticəsində alındığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu məhsul adi qarpızdan rənginə və toxumların mət daxilində az olmasına görə fərqlənir: "Belə qarpızlar əvvəllər Tailandda, İspaniyada becərilirdi və qırmızı qarpızlara nisbətən daha məşhur idi. Rusiyada da belə sortlar yetişdirilir və adi qarpızdan həm şirinliyinə, həm də ekzotik dadına görə fərqlənir. Bəzi hallarda dadı limon və manqo meyvəsinin, bəzi hallarda isə qabaq meyvəsinin dadını verir”.
Qarpızın tərkibində olan A vitamini insanlarda görmə qabiliyyətinin artmasına və göz xəstəliklərinin qarşısının alınmasına kömək edir, C vitamini insanlarda viruslara və bir çox xəstəliklərə qarşı immuniteti gücləndirir, kalsium dırnaqların, saçların və sümüklərin möhkəmlənməsinə xidmət edir, dəmir isə qanı az olan və anemiya xəstəliyinə məruz qalan xəstələrin sağalmasına, həzm prosesinin yaxşılaşmasına müsbət təsir göstərir və bağırsaqları artıq mayelərdən və çöküntülərdən təmizləyir.
Camal Quliyev meyvənin tərkibində yağ və xolesterinin olmadığını, həmçinin, az kalorili məhsullara aid edildiyini diqqətə çatdırıb: "Buna görə də bu qarpızdan arıqlama məqsədi ilə və atiskleroz zamanı istifadə etmək mümkündür. Mətbəxdə əsasən desertlərin və mürəbbələrin hazırlanmasında da geniş istifadə olunur. Qeyd edək ki, bu məhsuldan istifadə bəzi insanların psixologiyasına mənfi təsir göstərə bilər. Buna görə də həmin şəxslərin bu qarpızdan istifadə etməmələri məsləhət görülür”.
DFNX rəisi vurğulayıb ki, bu məhsulun yetişdirilməsində də adi qarpızda olduğu kimi, pestisidlərdən və nitratlardan istifadə oluna bilər: "Buna görə də istehlakçılara yoxlanılmış yerlərdən və fitosanitar yoxlamadan keçmiş məhsullardan istifadə etmələrini tövsiyə edirik. Bu məhsul Azərbaycan bazarına yeni daxil olduğu üçün insanlarda qeyri-adi maraq yaradıb. Burada qeyri-adi heç nə yoxdur və uzun illərdir ki, dünya miqyasında məti ağ və yaşıl qarpız sortları da becərilir. Bu məhsulların GMO tərkibli olması yayılan məlumatların heç bir əsası yoxdur və bu iddialar heç zaman təsdiq olunmayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya