Anlaşmaya əsasən, hər bir dövlət üçün milli su sərhədləri müəyyənləşdirildi. Dövlətlər maraqlarına uyğun şəkildə Konvensiya çərçivəsində hərəkət edə biləcəklər. Azərbaycan açıq su hövzəsində neft hasilatında böyük təcrübəyə malikdir və bu sahədə işini davam etdirəcək. Digər dövlətlərlə birlikdə əməkdaşlıq mümkündür. Qonşu ölkələr bir-biri ilə təcrübələrini bölüşə bilərlər”.
"Sazişin imzalanması ilə Xəzər dənizi sülh zonası elan edildi" -Millət vəkili
11:10 15.08.2018
Arxiv
781
"Bu Konvensiyanı çox cəsarətlə Xəzər dənizinin konstitusiyası adlandırmaq olar”.
Bunu "sherg.az”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, beş dövlətin Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlməsi təkcə regionun deyil, dünyanın ən ağrılı problemini həll etdi:
"İlk növbədə vacib bir məqamı qeyd etmək lazımdır. Problem mövcud olduğu dövrdə Xəzəryanı ölkələr mehriban qonşuluq siyasətini saxladılar. Bütün sahələrdə əməkdaşlığı genişləndirdilər. Sazişin imzalanması digər problemli regionlar üçün örnək olmalıdır. Konvensiya bütün sahil dövlətlərinin maraqlarına xidmət edir.
Anlaşmaya əsasən, hər bir dövlət üçün milli su sərhədləri müəyyənləşdirildi. Dövlətlər maraqlarına uyğun şəkildə Konvensiya çərçivəsində hərəkət edə biləcəklər. Azərbaycan açıq su hövzəsində neft hasilatında böyük təcrübəyə malikdir və bu sahədə işini davam etdirəcək. Digər dövlətlərlə birlikdə əməkdaşlıq mümkündür. Qonşu ölkələr bir-biri ilə təcrübələrini bölüşə bilərlər”.A.Mirzəzadə vurğulayıb ki, sazişin imzalanması ilə Xəzər dənizi sülh zonası elan edildi:
"Hansısa bir dövlətin dənizdə hərbi baza yaratması yasaq edildi. Lakin Xəzər sahilində olan ölkələrin dünya okeanına gəmilərlə çıxışı tam təmin olundu. Bütün maneələr aradan qaldırıldı. Xəzərin dibi ilə bağlı isə dövlətlər ikitərəfli razılaşmaya gəlməlidirlər. Yəqin ki, saziş fonunda digər məsələlər də həll ediləcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət