Sazişlərin 25, 50, 100 il müddətinə bağlanmasının heç bir önəmi yoxdur
20:46 18.05.2016
Arxiv
1459
Fərhad Mehdiyev: “Sərhədlərin müəyyən edilməsinə dair müqavilələrin müddəti məsələsi artıq müzakirə mövzusu ola bilməz”
Beynəlxalq müqavilələr 100 illik bağlanmır. Bu cür müqavilələrdə onun hansı müddət üçün imzalandığı göstərilir. Bəziləri isə müddətsiz bağlanır, heç bir müddət göstərilmir.
Bu sözləri "Şərq”ə hüquq üzrə fəlsəfə doktoru, politoloq Fərhad Mehdiyev beynəlxalq müqavilələrin müddətini şərh edərkən bildirib. Onun sözlərinə görə, müqavilədə heç bir müddət göstərilməyibsə, bu, müddətsiz bağlanmış müqavilədir: "Əslində ikitərəfli müqavilələr sona çatmır. İkitərəfli müqavilənin müddəti başa çatandan sonra nəyin necə olacağı yenidən müəyyənləşir. Normalda tərəflər müqaviləni yeni şəraitə görə tənzimləyirlər. Amma müqavilə müddətinin bitməsi böyük əhəmiyyət kəsb etmir”.
XXI əsrdə yeni prinsiplərin qüvvəyə mindiyini söyləyən professor diqqətə çatdırıb ki, sazişlərin 25, 50, 100 il müddətinə bağlanmasının heç bir önəmi yoxdur: "Sərhəd baxımından Azərbaycan BMT-yə daxil olanda Ermənistanın rəsmi sərhədlərinə etiraz etməyibsə, demək ki, onun rəsmi sərhədlərini qəbul edib. Ona görə də, Azərbaycan Respublikası və ya başqa dövlət İrəvanın statusuna heç nə deyə bilməz. Çünki ölkəmiz onun müstəqilliyini və ərazi bütövlüyünü tanıyıb. Tanıdığı üçün bir şey demək olmaz. Baxın, "Türkmənçay” müqaviləsi qüvvəsini itirib. Bu, Azərbaycanla Ermənistanın problemləri deyil. Bütün dünya biri-birinə qarışıb. Demək istədiyim odur ki, sərhədlərin müəyyən edilməsinə dair müqavilələrin müddəti məsələsi artıq müzakirə mövzusu ola bilməz. Bunu dilə gətirmək düzgün deyil”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq