Şəhid hərbi qulluqçulardan 1115-i üzrə 1509 vərəsəyə də birdəfəlik ödəmə veriləcək
07:25 13.12.2018
Arxiv
547
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasını keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, iclasda notarial qaydada vərəsələrdən qəbul edilərək, Nazirliyə təqdim olunan və nazirlikdəki işçi qrupu tərəfindən təhlil edilmiş sənədlər üzrə daha 1115 şəhid hərbi qulluqçunun 1509 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Həmin qərarlar üzrə vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsi üçün aidiyyəti quruma göndərilib.
Beləliklə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, bu günədək onlardan artıq 2338 şəhid hərbi qulluqçu üzrə 3038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və onlara birdəfəlik ödəniş həyata keçirilir.
Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər Nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara sms vasitəsilə bildiriş göndərilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm