Şəhid zabitin həyat yoldaşı: Mehriban Əliyeva operativ olaraq problemimizin həlli üçün göstəriş verdi
13:00 29.03.2019
Arxiv
511
"Mənzilimizin "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında əlimizdən alınması və bu məsələnin həllinə yardım göstərilməsi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etməmişdim. Mehriban Əliyeva özü bu barədə məlumatı mətbuatdan oxuyub və operativ olaraq problemimizin həlli üçün göstəriş verib. Mehriban xanıma minnətdarıq”.
Bunu Trend-ə Ali Məhkəmənin qərarı ilə mənzili əlindən alınan, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova deyib.
Onun sözlərinə görə, ötən gün Ali Məhkəmə İ.Axundovun iddiası əsasında şəhid zabit S.Axundovun ailəsinin Bakının Yasamal rayonunda yerləşən 50 kvadratmetrlik mənzilinin əlindən alınması haqqında qərar çıxarıb.
Şəhid ailəsi olaraq daim dövlətin qayğısını hiss etdiklərini deyən N.Axundova haqq-ədalətin qalib gələcəyinə hər zaman inandığını bildirib.
O, Mehriban Əliyevanın göstərişi ilə Bakının Nərimanov rayonunda 3 otaqlı mənzillə təmin olunduqlarını deyib.
Qeyd edək ki, Ali Məhkəmə "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarıb.
Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi problemin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya