Şəhidimiz dəfn olundu

Bu, ailənin Qarabağ döyüşlərində verdyi 3-cü şəhiddir




Təxribat nəticəsində şəhid olan Elşən Əfəndiyev doğulduğu Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dəfn olunub.
ANS TV xəbər verir ki, 20 yaşlı şəhid Elşən Əfəndiyev xidmət etdiyi dövrdə nümunəvi davranışına görə bir neçə dəfə ordu rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Şəhid ölümündən sonra müdafiə nazirinin əmri ilə 3-cü dərəcəli medalla təltif edilib. Bu, ailənin Qarabağ döyüşlərində verdyi 3-cü şəhiddir.
Şəhidin əmisi Ədalət Əfəndiyev Elşənin həm əmisinin, həm də dayısının şəhid olduğunu bildirdi. O şəhidliyin hər bir əsgərə nəsib olmadığını və Elşənlə fəxr etdiyini deyir.

Allah rəhmət etsin!