Şəhriyar Məmmədyarov: “Bilirəm ki, hamı məndən...”
12:46 10.09.2018
Arxiv
597
"Həm Azərbaycandan, həm də xaricdən şirkətlər maraqlandı, dünya azərbaycanlılarından da maraq gördüm". Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "BBC News Azərbaycanca”ya deyib, Onun sözlərinə görə, sosial şəbəkədəki statusundan sonra böyük dəstək görüb.
Ş.Məmmədyarov bir müddət öncə Facebook hesabında sponsoru olmadığını, pul qazanmaq üçün hər oyuna getməyə məcbur qalmaqdan yorulduğunu bildirmişdi.
Amma qrossmeyster hələ ki sponsor seçiminə qərar verməyib. Təfərrüatlı danışmaqdan imtina edən şahmatçı Gürcüstanın Batumi şəhərində sentyabrın 23-də başlayacaq Şahmat üzrə Olimpiadaya hazırlaşdığını deyib.
Şəhriyar Məmmədyarov Olimpiadadan qabaq öz Facebook hesabından açıqlama verəcəyini vəd edir: "Olimpiada mənim üçün çox vacibdir, bura hazırlaşıram. O ərəfədə açıqlama verəcəm. Bilirəm ki, hamı məndən cavab gözləyir".
Azərbaycan Şahmat Federasiyası ilə arasında heç bir problem olmadığını söyləyən şahmatçı buna sübut kimi milli komandanın tərkibində Olimpiadaya hazırlaşdığını göstərib:
"Əgər hər hansı problem olsaydı, komandanın tərkibində olmazdım".
Dünyada "şah" ləqəbi ilə tanınan Şəhriyar Məmmədyarov bir müddət öncə ABŞ-da Saint Louis şəhərində keçirilən beynəlxalq şahmat turnirində iştirak etdiyi zaman Facebook statusunda yarışlara qatılmaq üçün "sponsor tapa bilmədiyini" yazmışdı.
"Çox heyif, amma şahmat belə məni bezdirdi! Yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı?" - qrossmeyster yazmışdı.
Onun bu şərhi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov bildirmişdi ki, qurum Şəhriyar Məmmədyarova aylıq maaş verir və onun qonorar və səfər xərclərini qarşılayır.
Faiq Həsənov Federasiyanın hər zaman Məmmədyarovun tələblərini qarşıladığını deyib.
Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov BBC News Azərbaycancaya açıqlamasında Federasiyanın Şəhriyara etdiyi "kiçik köməklərin kifayət etmədiyini" bildirib.
Şəhriyar Məmmədyarov 2012-ci ildə qrossmeyster titulunu alıb və Azərbaycanı bir çox beynəlxalq şahmat yarışlarında təmsil edib.
FIDE - Beynəlxalq Şahmat Federasiyası Şəhriyar Məmmədyarovu dünyanın 3 nömrəli şahmatçısı hesab edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət