Sekuta gəlir...

ABŞ-Azərbaycan münasibətlərində inkişaf gözlənilir



Amerikanın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta fevralın 12-də Bakıya gələcək. Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Yada salaq ki, yeni səfirin bu posta namizədliyi ötən ilin dekabrında ABŞ Senatı tərəfindən təsdiqlənib. Ondan öncə rəsmi Vaşinqtonun ölkəmizdəki səfiri Riçard Morninqstar olub.

R.Sekutanın Azərbayan-ABŞ münasibətlərinə vəd edəcəyi töhfə barədə "Şərq”ə danışan Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə qeyd edib ki, onun fəaliyyəti hər iki ölkə arasındakı əlaqələrin daha da inkişafına xidmət göstərəcək: "Yeni səfirin xidmətləri ABŞ-Azərbaycan münasibətlərinə öz müsbət töhfəsini verəcək. Sekutanın addımları ABŞ səfirliyinin fəaliyyətini gücləndirəcək. Ümid edirəm ki, səfirin fəaliyyəti zamanı rəsmi Bakı və rəsmi Vaşinqton strateji tərəfdaşlığı daha da yüksələcək”.

Ayyət Əhməd