Sel təhlükəsi...
19:46 11.07.2016
Arxiv
703
Mehman Əliyev: “Son 5 ildə sel fəlakəti yaşanmayıb, məncə, bu il də problem olmamalıdır”
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu iyulun ikinci yarısı, avqust və sentyabr aylarında ölkənin bəzi ərazilərində sel proqnozlaşdırır. Bu barədə institutun direktor müavini Elbrus Əlizadə "Trend”ə açıqlamasında bildirib. E.Əlizadə qeyd edib ki, hazırda ölkə çaylarında baş verənlər daşqın və qismən sel prosesləridir.
Amma yağıntılar davam edərsə, göstərilən vaxtlarda sel hadisələri ola bilər. Bu ilin yaz və yay aylarının əvvəlləri yağışların intensivliyi ilə seçilib. Bu da çaylarda sululuğun artmasını, dağ çaylarında daşqınları şərtləndirir. Lakin hələ ki, sırf xarakterik sel hadisəsi baş verməyib.
Coğrafiya İnstitutunun sel xəbərdarlığından sonra bir sual aktualdır: ölkə fövqəladə vəziyyətlərə hazırdırmı?
Yeri gəlmişkən, ekoloq Telman Zeynalov sel hadisəsi ilə bağlı proqnoz verilməsini düzgün saymır və heç bir ölkənin qəflətən baş verəcək sel hadisələrinə hazır olmadığını bildirib. Bununla belə mütəxəssislər sel fəlakətinin önlənməsinin qeyri-mümkün olmasına baxmayaraq, fəsadları minimuma endirməyin mümkünlüyünü iddia edirlər.
2010-cu ilin yazında Kür-Araz daşqınları zamanı yaradılmış "Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü olmuş "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, ölkə ərazisində sel və daşqın problemi olacağını gözləmək doğru deyil:
- Neçə müddətdir, 2010-cu ildəki miqyasda güclü sel, daşqın müşahidə edilmir. Məsələn, Aran bölgəsində həmin fəlakət təkrar olunmayıb. Əsasən problemin yaranma vaxtı aprelin sonu, mayın birinci yarısıdır. Həmin müddətdə də, belə bir proses yaşanmadı. Son 5 ildə sel fəlakəti yaşanmayıb, məncə, bu il də problem olmamalıdır. Şimal-qərb bölgələrində, Şəki, Zaqatala, Balakən... fərqli təbiətdir. O zonada sel təhlükəsi dağ çaylarına bağlıdır. Bilirik ki, həmin zonada dağ çayları var və adətən dağ çaylarında daşqınlar olur. Dağlarda qarlar əriyəndə çaylarda da sululuq artır və bu da sel, daşqın təhlükəsi yarada bilir.
M.Əliyev qeyd etdi ki, sel və daşqınların törədə biləcəyi fəsadları minimuma endirmək mümkündür:
- Məsələn, 2010-cu ildəki daşqınlardan sonra Kür çayı və ona bağlı sistemlərdə xeyli işlər aparıldı, qabaqlayıcı tədbirlər görüldü. İstər Mingəçevir Su Elektrik Stansiyası ilə bağlı, istərsə də çayın deltasının təmizlənməsi ilə bağlı. Yerli sakinlərin təhlükəsizliyi baxımından da müəyyən işlər görüldü. Xatırlayırsınızsa, 2010-cu ildəki daşqınlar nəticəsində Aran bölgəsində təxminən 23211 ailəyə ziyan dəymişdi, fərdi yaşayış evləri dağılmışdı, yararsız hala düşmüşdü. Hökumət vətəndaşlara dəymiş ziyanın aradan qaldırılmasına çalışdı. Bilirsiz, harda ki, azacıq da olsa, sel və ya daşqın təhlükəsi proqnozlaşdırılır, həmin ərazilərdə gərək əvvəlcədən qabaqlayıcı tədbirlər görülsün. Elə yerlər var ki, bir də görürsən sel körpünü yuyub apardı, yol bağlandı, bir neçə kəndin mərkəzlə əlaqəsi kəsildi. Gərək
möhkəmləndirmə işləri aparılsın, çayın yolu açılsın ki, sululuq artdıqda dənizə tökülə bilsin, suyun axını güclü olan yerlərdə mütləq bərkitmə işləri aparılmalıdır, yaxınlıqdakı evlər nəzarətdə saxlanmalıdır və s. Bunu hər bölgənin, hər rayonun rəhbərliyi yaxşı bilir ki, harada vəziyyət necədir. Harada risk varsa, ora diqqət ayrılmalıdır. Sel və daşqın təhlükəsinə qarşı lazımi işlər
aparılsa, yarana biləcək fəsadları minimuma endirmək mümkündür. Mübarizəni təbiətlə deyil, onun yarada biləcəyi fəsadlara qarşı aparmaq lazımdır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm