Şəmkirdə 4 yaşlı uşaq su arxına düşərək ölüb




Şəmkirdə bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, avqustun 18-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan 4 yaşlı Fidan Məmmədova su arxına düşərək boğulub. Uşağın meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.