Sergey Markedonov: "Moskvanın Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün səyləri Qərblə razılaşdırılır"
12:30 12.07.2016
Arxiv
467
"Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda mövqeyini əldən vermək istəmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana son vaxtlar artan səfərlərini də bununla izah etmək olar".
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi ekspert Sergey Markedonov deyib.
Onun sözlərinə görə, Moskva heç bir halda danışıqlar formatını əldən vermək istəmir: "Görünən odur ki, Sergey Lavrovun Bakıya səfəri də Sankt-Peterburqda prezidentlərin görüşündə əldə olunan razılıqların təsdiqlənməsi məqsədini daşıyır. Hesab etmirəm ki, burada söhbət hansısa qərarın qəbulundan gedir. İnanmıram ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı keçirilən bir sammitdə münaqişənin həll olunması ilə bağlı qərar verilsin. Bu uzun sürən prosesdir. Bir və ya iki görüşlə həll olunası məsələ deyil".
Rusiyalı politoloq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortada hansısa planın olub-olmadığı məsələsini də şərh edib: "Son zamanlar münaqişənin həlli ilə bağlı "Lavrov planı"nın olduğu deyilirdi. Planın adı belə olsa da, qərarı onun vermədiyi aydındır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərarı Moskva ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransa ilə birlikdə verə bilər. Bu istiqamətlə onlar qarşılıqlı fəaliyyət göstərirlər. Ona görə də, hesab etmirəm ki, Moskvanın münaqişənin həlli ilə bağlı hansısa təktərəfli qərarı ola bilər. Belə olsa, bu, digər həmsədrlər tərəfindən heç də xoş qarşılanmaz. Nəzərə alsaq ki, Sankt-Peterburq görüşündə digər həmsədrlər də iştirak edib, o zaman münaqişənin həlli ilə bağlı Moskvanın bütün səyləri qərblə razılaşdırılır".
S. Markedonov danışıqların "Kazan formulu" əsasında aparılıb-aparılmamasına da toxunub: ""Kazan formulu"nda yeni heç bir şey yoxdur. Bu, yenilənmiş Madrid prinsiplərinin əlavələr olunmuş təqdimatıdır. Münaqişənin nizamlanmasının əsasında bu formul dayanır. Əsas məsələ sənəddə, yəni, kağız üzərində nəyin yazılması deyil, əsas məsələ kimin birinci, ya ikinci addım atmasıdır.
Bu gün müzakirə olunmalı əsas məsələ Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayonun işğaldan azad edilməsi və Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsidir. Lakin bunu müzakirə etmək üçün tərəflər bir-birindən güzəştlər gözləyir. Mübahisə məhz bunun üstündədir. Kimin birinci addım atması məsələsi mübahisəlidir. Yenilənmiş Madrid prinsiplərində dediklərimin hamısı əksini tapıb, hətta bu sənəddə məsələnin həllinin ardıcıllığı da var. Lakin kimin nə zaman birinci addım atmalı olduğu sənəddə yoxdur. Mənə elə gəlir ki, hazırda danışıqlar prosesində məhz bu məqamlar müzakirə olunur".
Rusiyalı ekspertin fikrincə, Vaşinqton bu münaqişənin həllində Moskvaya maneə olmaq istəmir: "Lakin münaqişənin həllində Moskva öz milli maraqlarını nəzərə alırsa, o zaman, əlbəttə ki, Qərbin də maraqlarını nəzərə almalıdır. Bu gün Rusiya-ABŞ münasibətləri çox mənfi istiqamətdə inkişaf edir. İki nəhəng arasında gözlə görünən gərginlik müşahidə olunur. Bir sıra regional məsələlərdə fikir ayrılıqları mövcuddur. Ukrayna, Suriya və NATO məsələlərində Rusiya və ABŞ arasında ortaq nöqtə yoxdur. Dağlıq Qarabağ münaqişəsi yeganə problemdir ki, bu məsələdə Moskva və Vaşinqton ortaq fikrə sahib olduqlarını bəyan edir".
S. Markedonov iyulun 9-da Varşavada keçirilən NATO sammitində Dağlıq Qarabağ məsələsinin müzakirəsinin, Azərbaycan və Ermənistan prezidentlərinin sammitə dəvət olunmasının heç də təsadüf olmadığını vurğulayıb: "NATO sammitində qərb liderlərinin, xüsusi ilə də ABŞ dövlət katibi Con Kerrinin və Fransa prezidenti Fransua Ollandın münaqişə tərəfləri ilə görüşlər keçirməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatlar verməsi bir daha göstərdi ki, Qərb bu münaqişənin həllində Moskvanın təkbaşına addım atmağına qarşıdır və bu prosesə kənardan qalıb baxmaq niyyətində deyil. Ona görə də, Moskva münaqişənin həllində digər həmsədr ölkələrin mövqeyini mütləq nəzərə almalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya