SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək
13:01 16.01.2019
Arxiv
226
Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə olunacaq.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar şirkət üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 1700-dən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlər artıq başa çatdırılır.
Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.
Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm