Son bir ayda azad edilən ərazilərdə 1383 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək həmin ərazilərdə 1067 piyada əleyhinə, 316 ədəd tank əleyhinə mina, 461 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Göstərilən müddət ərzində 563 ha ərazi minalardan təmizlənib.