Son dəqiqə: İran qapıları bağladı!




İranın "Tasım" xəbər agentliyi, İranın Şimali İraqla sərhəd qapılarını bağladığını açıqladı.
Türk mediasının verdiyi digər məlumata görə, İran İnqilab keşikçiləri Ordusunun xarici əməliyyat güclərindən olan general Kasım Süleymani, İraq Kürd Regional Rəhbərliyinin səlahiyyətliləri ilə görüşmək üçün bölgəyə gedib. Kasım Süleymaninin danışıqlar mövzusu  mübahisəli müstəqillik referendum sonrasında Bağdad ilə Erbil arasında artan gərginlikdir.
İran keçən ay İraq Kürdüstanı ilə olan təyyarə səfərlərini əngələmiş və sərhəddə hərbi təlim təşkil etmişdi.