Şort geyinəni təpikləmişdi
19:27 07.09.2017
Arxiv
673
Məhkəmə 3 il 10 ay iş kəsdi
İstanbulda şort geydiyi üçün avtobusda tibb bacısı Ayşegül Tərziyə təpik atan Abdullah Çakıroğluna 3 il 10 ay həbs cəzası verilib.
Məhkəmədə söz alan şübhəli Abdullah Çakıroğlu, 2 gün 3 gecə 60 saat keşikdə qaldığını ifadə edərək, "Bu səbəblə xəstəliyim şiddətlənmişdi. Qarşı tərəfdəki qadın ədəbsiz idi. İki-üç nəfərin yerini tuturdu. Ona xəbərdarlıq etdim, "ailə var” dedim. Mənə göz işarəsi etdi, hansı mənada etdiyini bilmirəm. Özümü saxlaya bilmədim. Hərəkətimi doğru saymıram, peşmanam. Öz- özümə danışma hallarım artmışdı, xəstəliyin təsiri böyük oldu” deyib.
Şübhəli Çakıroğlunun vəkili Şemsi Dak, Ayşegül Tərziyə edilən hücumun çirkin olduğunu ifadə edərək, "Çirkin və qəbul edilə bilməz bir hücumdur. Biz bunu başından bəri ifadə edirik. Müvəkkilim həbs olunsun deyə məhkəməni dəyişdilər.” söyləyib.
Ayşegül Tərzinin vəkillərindən Birsənsə Baştopaloğlu, şübhəlinin qadının müasir paltarda avtobusda oturarkən döyüldüyünü ifadə edərək, "Sırf paltarına görə başından təpikləmişdir. Şübhəlinin bunu etməyə itələyən səbəblərə baxdığımızda yalnız qadının müasir geyimli olması xaricində hər hansı bir səbəbin olmadığını görürük.
O adam peşə olaraq silahlı təhlükəsizlik işçisidir. Ustaca başı hədəf seçərək Tərziyə təpik vurub. Başında qırıq, beyində qanama olmaması hadisənin mahiyyətini ortadan qaldırmaz.
Bu hadisə bütün qadınlarda bir qorxu yaratmış, əməli soyuqqanlılıqla işlətmişdir. Peşmanlıq ifadəsini səmimi saymırıq. Cəza səlahiyyəti tamdır, məhkəməni 1 ildir psixi problem var deyə yayındırmış, şəriət nizamı istəməkdədir” deyərək şübhəlinin ağır cəzalandırılmasını istəyib.
Abdullah Çakıroğlunun vəkili Şemsi Dak, "Ayşegül Tərzinin xəstəxanada geydiyi şort deyil, mini ətəklə avtobusa minib. Avtobusda iki kreslonu örtəcək şəkildə oturmuş, oturarkən yayılınca bir ədəbsiz görüntü almışdır, bunu qəsdənmi, yorğunluqdanmı etdi? Bilmirik. Zərər çəkmiş müvəkkilim tərəfindən xəbərdar edilib, ancaq xəbərdarlığa məhəl qoymayıb və müvəkkilim tərəfindən təpik atılıb. Bayram günü avtobusda ədəbsiz bir görüntü verilməsi ümumi əxlaqa zidddir” deyərək müvəkkilinin bəraətinə qərar verilməsini, əks halda yalnız qəsdən yaralama cinayətindən cəza verilməsini istəyib.
Son sözü soruşulan şübhəli, "Ayıbdır deyə söyləməyəcəkdim, amma oturarkən alt paltarı görünürdü. Dövlətimizin qırmızı xəttini bilmək istəyirəm. Bura Türkiyə və bura bir İslam ölkəsidir. Zatən müsəlman olmayan olduqları aydın olmuşdur. Məni təhrik etdilər. Dərmanları qəbul etmədiyimin də təsiri vardır” dedi.
Qərar üçün qısa bir ara verən məhkəmə, Abdullah Çakıroğluna 3 il 10 ay həbs cəzası verib. Məhkəmə Çakıroğlunu, "Sadə yaralama” suçundan 8 ay, təhdiddən istifadə edərək "inanc, düşüncə və ya qənaətlərindən qaynaqlanan həyat tərzinə bağlı seçimlərinə müdaxilə” suçundan 2 il, "Təhqir” suçundan isə 1 il 2 ay olmaqla 3 il 10 ay həbs cəzası ilə cəzalandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq