Sosial islahatlar dərinləşir
08:43 29.03.2019
Arxiv
793
Müavinətlərin artırılması aztəminatlı ailələrə, əlillərə və qocalara xüsusi qayğı və diqqətin göstəricisidir
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır.
Ölkə başçısının müvafiq göstərişi ilə yeni doğulan uşaqlara verilən müavinətlər artırılıb. Prezidentin 25 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 5-dən çox uşağı olan qadınların da hər uşağa görə müavinəti 33 manatdan 55 manata qədər artıb. Eyni zamanda yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.
Prezidentin sərəncamı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən millət vəkili Musa Quliyev bildirib ki, ölkə başçısının daxili siyasətində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır:
"Cənab Prezident 2019-cu ili sosial müdafiə və sosial rifah ili kimi elan edib. Artıq bu ilin ilk iki ayı ərzində sosial sahədə çox ciddi islahatlara başlanıb və ciddi şəkildə əmək haqları, pensiyalar, sosial müavinətlər artırılıb. Həmçinin vətəndaşlarımızın problemli kreditləri həll olunub. Bu gün cənab prezident "Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı müşavirə keçirdi. Müvafiq qurumlara tapşırıq verdi ki, zərərçəkən sahibkarlara yardım verilsin və onların digər sosial müdafiəsi təmin olunsun. Bütün bunlar onu göstərir ki, ölkə başçısı daim öz vətəndaşının yanındadır.
Elə sosial müavinətlər var ki, onların bəziləri 50-100 faiz, bəziləri isə 2 dəfə artırılıb. O cümlədən yeni doğulmuş uşaqlara görə verilən müavinətlərin də məbləği təxminən 2 dəfəyə qədər artıb. Məbləğ 109 manatdan 200 manata çatdırılıb. Bundan başqa, aztəminatlı ailələrə, 18 yaşına qədər uşaqlara yeni müavinət növu təyin olunub. Uşağa baxan valideynlər üçün də müavinətlər hazırlanıb. Eyni zamanda müharibə veteranları üçün yeni növ müavinətlər təyin olunub. Bütün bunlar uşaqlara, aztəminatlı ailələrə, əlillərə və qocalara xüsusi qayğı və diqqətin göstəricisidir.
Cənab prezident son müşavirədə də vətəndaşlara müraicətində söylədi ki, bu ilin 2 ayı ərzində bizim büdcəyə daxil olan gəlirlərimiz nəzərdə tutulandan artıb.
Yəqin ki, bu artımlar gələn aylarda da davam edəcək. Azərbaycan büdcəsi gücləndikcə vətəndaşlarımızın sosial rifahı yüksələcək. Prezident bildirib ki, bizim sosial sahədə apardığımız islahatlar bütün il boyu davam edəcək və bundan sonra da əmək haqlarının, pensiyaların, müavinətlərin artmasının şahidi olacağıq. Ümumiyyətlə, bu il bütövlükdə əhalinin problemlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində islahatlar ili kimi yaddaşımızda qalacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm