Sosial şəbəkənin qurbanı... Tələbəni hamamda vanaya düşən telefon öldürdü





Rusiyada bir evdə baş verən hadisə 24 yaşlı rus tələbənin həyatına son qoydu. Enerji yığan cib telefonunun içi su dolu vannaya düşməsi ilə 24 yaşlı talehsiz qadın faciəvi şəkildə can verdi.

NTV-in xəbərinə görə, duş qəbul etdiyi zaman enerji yığan cib telefonunun vannaya düşməsi ilə elektrik cərəyanı vuran 24 yaşlı Yevgenia Sviridenko, otaq yoldaşı tərəfindən aşkarlanıb. Otay yoldaşının xəbərindən sonra hadisə yerinə gələn sağlamlıq qrupunun bütün səylərinə baxmayaraq qurtarıla bilməyən Sviridenko, həyatını itirdi. Talehsiz qadının otaq yoldaşı, Rusiyada nəşr olunan "Pravda” qəzetinə verdiyi açıqlamada, bazar ertəsi günü baş verən qəzanı "İçəriyə girdiyim zaman onu vannada hərəkətsiz olaraq gördüm və dərhal oradan çıxardım. Sviridenkonu sudan çıxardığımda bədəni elektrik şoku səbəbiylə hələ də titrəyirdi” sözləriylə izah etdi. Səlahiyyətlilər, Sviridenkonun ölmədən əvvəl ağıllı telefonuyla ictimai media hesabından istifadə etdiyinə və bu zaman baş verən bir qəza nəticəsində elektirikə qoşulu olan telefonun suya düşərək cərəyan keçirdiyinə səbəb olduğunu deyirlər.