Şouya qatılmaq üçün Putinlə görüş istədi






Hollivud ulduzu Lindsi Lohan Rusiyada yayımlanan "Pust qovoryat” verilişinə dəvət alıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisanın şouya qatılmaq üçün tələb etdiyi siyahı ortaya çıxıb.
Siyahıdakı ən qeyri-adi istək Lohanın Rusiyanın prezidenti Vladimir Putinlə görüşmək və şəkil çəkdirmək istəməsi olub.
Siyahıdakı digər istəklər isə belədir:

 Cangüdən
1 illik Rusiya vizası
1,2 milyon manat
Çəkiliş məkanında saç ustası, vizajist, manikür ustası
"Ritz-Carlton” dəbdəbəli otaq

Birinci kanalda efirə gedəcək proqram rəhbərləri Lindsini rusiyalı milyarder Eqor Tarabasovla ayrılması və münasibətləri haqda danışmağa çağırıb. Aktrisa istəkləri qarşılandığı halda verilişə gələcəyini bildirib.
Kanal rəhbərləri Lohanın istəklərini reallaşdırmaq üçün hazırlıqlara başlayıblar.