Söyüş üstündə tanışını bıçaqlayan 20 yaşlı gəncə hökm oxunub






Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə Orxan Əhmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən ilin noyabrın 28-də Nərimanov rayonu ərazisindən baş verib. Bakı şəhər sakini Ramin Həsənov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Orxan Əhmədov tutulub.
Saxlanılan şəxs hadisənin söyüş üstündə baş verdiyini bildirib.
O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.