Spiker anons verdi: “Böyük əfv sərəncamı gözlənilir”





Milli Məclisin spikeri Oqtay Əsədov böyük əfv sərəncamının anonsunu verdi. "Sherg.az" bildirir ki, parlament sədri bugünkü iclasda deyib ki, yaxınlarda Prezidentin əfv sərəncamı imzalaması gözlənilir: 

"Bu Prezident İlham Əliyevin səlahiyyətindədir. Mən hesab edirəm ki, yaxın zamanlarda böyük əfv sərəncamının imzalanması gözlənilir. Yüzlərlə məhkum ailələrinə qovuşacaqlar”.

Anar