Stabilləşmə ola bilər
21:14 09.12.2016
Arxiv
840
Ticarət dövriyyəsinin milli valyuta ilə aparılması qısamüddətli dövrlərdə effekt verir
Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb. Həmin ölkələr arasında Azərbaycan da var.
Məlumata görə, Türkiyənin İqtisadiyyat Nazirliyi Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi
ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılmasına nail olmağa
çalışır. Xatırladaq ki, bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya, İran və
Çinə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün müraciət edib. Prezidentin sözlərinə
görə, həmkarları bu təklifi dəstəkləyiblər. Ərdoğan hesab edir ki, atılacaq bu addım dolların sürətlə
bahalaşmasının qarşısını alacaq, eyni zamanda milli valyutanın dəyər qazanmasına səbəb olacaq.
Məlumat üçün deyək ki, cari ilin 10 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın əsas ticarət
tərəfdaşıdır. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 26 milyon dollardan artıqdır.
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 13 faizi Türkiyənin payına düşür.
Təkliflə bağlı "Şərq”ə açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib ki, belə cəhdlər qısamüddətli dövrlərdə müsbət effekt verir: "Müəyyən dövr ərzində vətəndaşların hesabına milli valyutanın stabilləşməsi müşahidə edilə bilər. Bir vaxtlar MDB ölkələri arasında da vahid valyuta məsələsi müzakirə olunurdu. Amma nəticə əldə olunmadı. Problem ondadır ki, bir çox ölkələrin dollara ehtiyacı var. Türkiyə digər dövlətlərlə ticarət dövriyyəsini milli valyuta ilə aparsa belə, iş adamlarının, vətəndaşların bəzən dollara tələbatı yaranır. Çünki onlar müəyyən dövrlərdə xarici ölkələrə gedirlər. Hələlik dünya pulu dollardır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə