Stəkan qoydurdu, kürəyi belə oldu





Çində Li Lin adlı bir şəxs 1 ay boyunca hər gün belinə "banka" qoydurdu və infeksiya keçdiyinə görə, kürəyində dəliklər yarandı. 63 yaşlı Li Linə belinə "banka" qoyunca yaxşılaşacağını söylədilər.
Adam 1 aydır eyni yerdə hər gün "banka" qoydurduğunu deyir. Seansların hər birində stəkanlar eyni yerlərə yerləşdirildi. Son 10 gündə stəkanların yerlərində qabarcıqlar yaranmağa başladı. Li müalicəyə son vermək yerinə, həyat yoldaşından kürəyinə yağ ilə masaj etməsini istədi. Getdiyi son seansdan dönərkən özünü pis hiss edən və tempraturu yüksələn adam dərhal xəstəxanaya qaçdı.
Xie Liang adlı həkim, Linin təcili xidmətə gəldiyi zaman 37.7 dərəcə istiliyi olduğunu və kürəyinin tamamilə şiş olduğunu bildirdi. Müayinənin nəticəsində isə bədənində bakteriyel infeksiya tapıldı. Həkimlər, Li Lin əgər dərhal xəstəxanaya gəlməyib stəkan qoydurmaq işini davam etsəydi qan zəhərlənməsiylə qarşı-qarşıya qala biləcəyini söyləyir. Linin həyati təhlükəsi yoxdur və vəziyyəti yaxşılığa gedir. Mütəxəssislər, belə stəkan  qoyan zaman dəridə yanığa və infeksiyaya səbəb olduğu üçün stəkanların hər dəfə fərqli nöqtələrə yerləşdirilməsi üçün xəbərdar edib.