"Summativ qiymətləndirmə korrupsiyaya yol açır"
11:51 29.01.2018
Arxiv
694
"Summativ qiymətləndirmənin optimallaşdırılması, sayının azaldılması lazımdır”.
Bunu "Sherg.az”a tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu söyləyib.
O vurğulayıb ki, tətbiq edilən 4 kiçik summativ qiymətləndirmə üçün kifayət qədər kağız məmulatı, təşkilatı addımlar lazım olur:
"Bu prosesdə müəllim öz ənənəvi peşəsindən uzaqlaşıb, dəftərxana işçisinə çevrilir. Onun işi-gücü yazıb, pozmaq, hesabat verməkdən ibarət olur. Dövlət məktəblərdə bu işlərlə məşğul olmaq üçün əlavə ştat ayırsın. Bu mümkün olmursa, belə summativ qiymətləndirməni aktivləşdirsin.
Hazırkı qaydada aparılan summativ qiymətləndirmələr böyük vəsait tələb edir. Dəftərxana işi üçün ayrılan vəsait onu ödəməyə çatmır. Müəllimlər şagirdlərdən pul yığır, elə müəllim də var ki, şagirddən pul almaq istəmir, öz maaşından bunu ödəyir. Nəticədə müəllim üçün də əlavə maliyyə itkisinə səbəb olur. Ona görə, summativ qiymətləndirmə korrupsiyaya yol açır.
Aldığım məlumata görə, Bakı Şəhər Təhsil İdarəsi bu məsələni diqqətdə saxlayır. Hələlik qərar yoxdur. Ümid edirik ki, bu ilin sentyabr ayında hansısa tədbir görüləcək”.
Qeyd edək ki, Təhsil Nazirliyi 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin ediləcəyi barədə məlumat verib. Nazirlikdən bildirilib ki, 1-ci siniflərdə isə summativ qiymətləndirilmə ümumiyyətlə ləğv edilə bilər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm