Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR
12:05 29.01.2018
Arxiv
868
"Erkən nikahların sayı artmaqdadır. Hətta iri şəhərlərdə belə orta məktəblərin yuxarı siniflərində nişanlı qızların və məktəbdən yayınan qızların sayı çoxalır”.
Bu sözləri Xeberle.com-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O, Sumqayıtda azyaşlı qızların ərə verilməsindən danışıb və bu halların Sumqayıtda da baş verdiyini bildirib:
Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR"Ata namusdan, qeyrətdən dəm vurub deyir ki, qızı nə qədər tez versəm, namussuzluq damğasından sığortalanmış olaram. Elə həmin namus etalonu sayılan ata, öz körpə balasını yad, yaşlı kişinin ixtiyarına verir ki, onunla necə istəyirsən davran. Rəsmi nikaha yaşı düşməyən qızcığazın başına min oyun gətirilir, gündə min dəfə öldürülüb-dirildilir və sonda körpə balaları ilə küçəyə atılır.
Ata yaxın durmur ki, yüküm ağırlaşmasın. Günahı da atır yazıq qızcığazın üstünə ki, arvadlığı bacarmadı. Təhsil yox, ev yox , pənah aparır sığınacaqlara və ya da son həddə - intihara. 13 yaşlı Gülnar bizə pənah gətirib, onu xilas etməyimizi istəyir. Valideynləri ilə Sumqayıt şəhər İcra Hakimiyyətində (İH) söhbət aparılır, ərizə alınır, lakin ata qız mənimdir deyib, məcburi ərə verir. Onu xilas edə bilmədik.
Digər qızımızda bu vəziyyət daha da acınacaqlıdır. Stereotiplərin tüğyan etdiyi Corat qəsəbəsinin məktəb direktoru valideynlərlə daim görüşüb söhbətlər etsə də, hətta, Ailə, Qadın, Uşaq Problemlər üzrə Dövlət Komitəsini də bu işə cəlb etsə də və valideynlərlə görüşlər təşkil etsə də bir irəliləyiş yoxdur.
14 yaşlı Elnarəni (ad şərtidir) ana özündən böyük oğlanla nişanlayır. Qız öz sirrini məktəbin müdriyyətinə və psixoloquna danışır.Təşkilatımıza müraciət edildi və biz Komitəyə və İcra Hakimiyyətinə xəbər verdik. İcra hakimiyyəti İH tez bir zamanda valideyinlə görüşüb söhbətlər apardı. Ana söz versə də, oğlan evinə qızı qaçırmağı tapşırdı, intihar həddində olan bu qızcığazın taleyi naməlum olaraq qalır. Ailəyə kənar şəxslərin müdaxiləsi qanunsuz olduğu üçün biz çarəsiz qaldıq."
Z.Mustafayeva onu da vurğulayıb ki, valideynlərin belə stereotiplərdən azad olunması üçün mütəmadi maarifləndirmə işləri aparılmalıdır:
"Bu sahədə məktəblər, QHT-lər, İcra hakimiyyəti, KİV və valideynlər birgə işləməlidir. Təşkilata məsləhət üçün müraciət edən valideynləri bədbəxt olmuş ailələr haqqında ətraflı məlumat verilir ki, bəlkə dərs alsınlar. Dərsdən yayınmalar haqqında məktəb direktorları ört-basdır etmək əvəzinə belə hallar haqqında icra strukturlarını vaxtında məlumatlandırmalıdırlar. Valideynlərlə söhbətlər aparılmalıdır. Bəlkə də belə valideynlərin cəzalanması üçün yollar axtarılmalıdır. Qızlarımız təhsil almalı, xoşbəxt olmalıdırlar”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət