Sumqayıtda 3-cü mərtəbədən yıxılan qız sağ qaldı




Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.  Daxili İşlər Nazirliyinin mətbuat xidməti  xəbər verir ki, iyulun 11-də Sumqayıt şəhəri 17-ci mikrorayonda yaşayan 25 yaşlı Nihal Məmmədseyidova evinin pəncərəsindən (5 mərtəbəli binanın 3-cü mərtəbəsi) yıxılmış və xəsarətlə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.