
"Sumqayıtda fabrik və zavodların açılması yeni iş yerlərinin yaradılması deməkdir" - Ekspert
13:44 19.02.2019
Arxiv
602
"Sovetlər dönəmində Sumqayıt şəhəri nəinki təkcə Azərbaycanda, hətta ümumi SSRİ miqyasında Kimyaçılar Şəhəri sayılırdı. İmperiya ərazisində əhəmiyyətli kimyəvi müəssisələr məhz Sumqayıt şəhərində yerləşirdi”.
Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib.
İqtisadçı bildirib ki, Sumqayıtda tarix boyu müxtəlif sənaye sahələri üzrə peşəkar mütəxəssislər yetişib:

"SSRİ dağılandan sonra mütəxəssislərin bir qismi başqa ölkələrə getdi. Digərləri isə iş ştatlarını dəyişərək başqa sahələrə yönəldilər. Lakin fundamental güc və təməl Sumqayıtda qalmaqdadır. Bilirsiz, elə sahələr var ki, həmin sektorlar üzrə peşəkarların yetişməsi üçün ən azı 10-15 il zaman lazımdır. Azərbaycanda kifayət qədər təcrübəsi olan mühəndislərimiz və kimyaçılarımız var. Onların bacarığından maksimum yararlanmaq lazımdır.
Bu baxımdan Sumqayıt şəhərinin yenidən sənaye mərkəzinə çevrilməsi istiqamətində atılan addımları çox yüksək qiymətləndirirəm. Nəzərə alaq ki, Sumqayıt paytaxt Bakıya yaxın olan ən böyük şəhərlərdən biridir. Həm strateji nöqteyi nəzərdən, həm də coğrafi, geo-strateji baxımdan Sumqayıta yatırılan investisiyalardan xeyli mənfəət əldə etmək mümkündür”.
Ekspert vurğulayıb ki, son dönəmlər Sumqayıta avtomobil və dəmir yolunun çəkilməsi, o cümlədən şəhərin ifrastrukturunun yenidən qurulması bu şəhərdə həyata keçirilən mühüm iqtisadi layihələrin uğurla başa çatacağından xəbər verir:
"Bazar mühitini düzgün qiymətləndirmək və izafi xərclərdən tamamilə kənarlaşmaq lazımdır. Bu prinsipləri rəhbər tutaraq Sumqayıtdakı layihələri davam etdirsək, qısa zamanda müsbət nəticələr əldə edərik. Sumqayıtda fabrik və zavodların açılması həm də iş yerlərinin çoxalması deməkdir. Əyalətlərdəki iri həcmli obyektlər ilk növbədə məşğulluq probleminin aradan qaldırılmasına gətirib çıxaracaq. Bu da sosial durumun tarazlaşmasına, elastikliyə və stabilliyə səbəb olacaq. Unutmayaq ki, iqtisadiyyatın inkişafı sosial durumla bağlıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya