Süpürgəçilərə görə yol nişanı quraşdırıldı - Ekspert meriyanın bu addımını gülməli sayır
09:03 30.08.2018
Arxiv
898
“İcra Hakimiyyəti heç bir aidiyyəti qurumla məsləhətləşmədən kor-koranə qərar qəbul edib”
Paytaxtın küçələrində son zamanlar yol süpürən qadınların avtomobillər tərəfindən vurulması halları tez-tez baş verir. Müxtəlif önləyici tədbirlərə əl atan bəzi aidiyyəti qurumlar problemin qarşısını almaq üçün bu dəfə yol nişanlarının yaradılmasına nail olub. Belə ki, dünən səhər saatlarından Heydər Əliyev prospektinin təmizlik aparılan hissələrinə yeni nişanlar qoyulub.
Yol hərəkəti nişanlarında küçə süpürən şəxsin fotosu verilib və aşağı hissədən "Diqqət!” yazılıb. Yeni nişan təkərlər üzərində yerləşdirilib və onu istənilən yerə aparmaq mümkündür.
Sözügedən yol nişanları barədə "Sherg.az”a danışan "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı Azərbaycanda "Yol hərəkəti haqqında" qanunda belə bir nişanın mövcud olmadığını vurğulayıb.
Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti bunu qanunsuz tətbiq edir: "İcra Hakimiyyəti heç bir aidiyyəti qurumla məsləhətləşmədən kor-koranə qərar qəbul edib, yeni nişan ortaya çıxarıb. Bu gülməli haldır, eyni zamanda biabırçılıqdır. Başa düşürük ki, kommunal-təsərrüfat işçilərinin ölümünə səbəb olan qəzaların qarşısını almağa çalışırlar. Lakin "Yol hərəkəti haqqında" qanunda 1.30 nömrəli yol təhlükəsizlik nişanı mövcuddur. Həmin yol nişanını tətbiq etmək daha düzgün olardı. Sözügedən məsələ bir həftə əvvəl gündəmə gəldi. Mən özüm də nişanın qanunsuz olduğunu bildirdim. Məsələyə dərhal reaksiya verən Dövlət Yol Polis İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Qeyd edilib ki, İH rəhbərliyi məsələ ilə bağlı ölçü götürüləcəyini bildirib. Lakin görünən odur ki, özbaşınalıq davam edir, İH aidiyyəti qurumları saymadan, öz bildiyini tətbiq etməyə davam edir”. E. Muradlı diqqətə çatdırıb ki, yeni nişanların qoyulduğu yerlərdə yol nəqliyyat hadisəsi baş verərsə, məsuliyyət daşıyacaq subyekt bəlli deyil: "Aidiyyəti orqan qəza törədən sürücüyə həmin ərazidə nişan olduğunu xatırladacaq. Lakin sürücü haqlı olaraq, həmin nişanı tanımadığını, müvafiq qanunda əks olunmadığını bildirəcək. Nəticədə anlaşılmaz vəziyyət yaranacaq”.
Yeni nişanların qanuniləşdirilməsi təkliflərinə gəlincə, ekspert bu prosesin mürəkkəb olduğunu diqqətə çatdırıb: "Bundan ötrü Milli Məclis qərar qəbul etməli, "Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməlidir. Buna ehtiyac yoxdur. Çünki müvafiq qanunda 1.30 nişanı var, eyni məqsədi ifadə edir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi