Suriya böhranı davam edəcək – Yaxın zamanda sülhün bərpa olunması gözlənilmir
18:34 29.08.2018
Arxiv
710
"Suriyada tərəflərin nəzər baxışlarında üst-üstə düşməyən nöqtələr, bölgədə fəallıq göstərən güclərin kardinal şəkildə fərqlənən milli maraqları tez zamanda sülhün bərpa olunmasına imkan verməyəcək”.
Bunu "sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Siyasi şərhçi bildirib ki, son günlər ərzində həm Rusiyanın, həm də ABŞ-ın Aralıq dənizində hərbi gəmilərini artırması, İdlibdə gözlənilən kimyəvi hücum Suriyada vəziyyəti gərginləşdirən amillərdəndir: "ABŞ, Fransa və Böyük Britaniyanın Dəməşqə guya ki, Əsəd tərəfindən təşkil olunacaq kimyəvi hücuma qarşı xəbərdarlıq etmələri onu göstərir ki, mümkün əlverişli zamanda paytaxt Dəməşqin bombardman edilməsi ehtimalı az deyil. Əsəd ordusunun Alleponu almasından sonra İdlib müxalif qrupların düşərgəsinə çevrildi. Astana danışıqlarına əsasən isə İdlib Türkiyənin nüfuz dairəsinə keçmişdi. Lakin, indiki halda Əsədin İdlib şəhərini bir sıra qruplaşmalardan təmizləmək istəməsi Ankaranın maraqlarına cavab vermir. Çünki İdlib Türkiyə üçün strateji əhəmiyyətə malikdir, kürd terrorçularını da saxlayan faktordur. Həm də bu ərazilər Lozanna müqaviləsinə əsasən, ədalətsiz şəkildə Türkiyədən qopardılıb. İdlibin itirilməsi növbəti qaçqın axınının Türkiyəyə üz tutması demək olacaq. Bu da indiki iqtisadi problemlər zamanında Ankaraya heç də lazım deyil”.
Politoloq Rusiyanın məsələyə yanaşmasının da maraqlı olduğunu deyib:
"Moskva hələlik Suriyada əsas gücə malik olan ölkə kimi çox çətin vəziyyətdədir. Bundan qabaq Kreml kürdlər və türklər arasında seçim etməliydisə, indi Əsəd və Ərdoğan arasında seçim etməlidir. Türkiyə XİN rəhbərinin Moskvaya səfərinin arxasında da İdlib məsələsi dayanırdı. Kreml ilk növbədə İdlibdəki müxalif qrupları öz tərəfinə çəkərək silahı yerə qoymağa və siyasi danışıqları davam etdirməyə çağıracaq. ABŞ və Türkiyənin həmin qruplar üzərindəki təsirini nəzərə alsaq, Kremlin bu diplomatik gedişinin uğurla nəticələnəcəyi ehtimalı azdır. Güman ki, Suriyanın bütövlüyü uğrunda son sədd sayılan İdlib ABŞ və Rusiya arasında yenidən qarşıdurmaya gətirib çıxaracaq. Burada Türkiyə amili də həddindən artıq önəmlidir”.
Məlumat üçün deyək ki, ABŞ İŞİD terrorçularının məğlubiyyətindən və Cenevrə prosesinin canlanmasından sonra qoşunlarını Suriyadan çıxaracağını açıqlayıb. Pentaqon rəhbəri Ceyms Mettis deyib ki, əgər İŞİD tamamilə məhv edilərsə, yerli qüvvələrə təlim keçdikdən sonra amerikalılar bölgəni tərk edəcəklər: "Cenevrə danışıqlarında canlanma olmalı və bu müharibənin taleyini həll etməlidir. Əgər yerli qüvvələr təhlükəsizliyi təmin edərsə, o zaman hərbçilərimizin sayının azaldılması barədə düşünə bilərik”. Bu arada Türkiyə ordusu Suriyada növbəti əməliyyatlara start verib. Görünür, Yaxın Şərqdə yenidən hərbi canlanma qaçılmazdır. Belə şəraitdə Amerikanın bölgədən tezliklə çıxacağı ehtimalı da çox azdır.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi