Suriyada 3 Rusiya hərbçisi həlak olub




Fevral ayının sonlarında Suriyada terrorçuların hücumu nəticəsində 3 Rusiya hərbçisi həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər. Onların cəsədləri Rusiyaya gətirilib.

Məlumata əsasən, 3 hərbçinin itkin düşməsi barədə məlumat daxil olandan onların axtarışı üzrə fasiləsiz işlər görülürdü. Aerokosmik Qüvvələr və xüsusi əməliyyatlar qüvvələrinin birgə əməliyyatı nəticəsində hücumla əlaqəsi olan 30-dan artıq terrorçu məhv edilib.