Suriyada silsilə terror aktları: 7 partlayış və 100-dən çox ölü





Suriyanın Lazkiya əyalətindəki Tartus və Cəblə şəhərlərində baş verən silsilə partlayışlar nəticəsində 100-dən çox insan həlak olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, mayın 23-də Suriya ərazisində 7 partlayış qeydə alınıb. Partlayışlardan 3-ü Cəblə şəhərindəki avtovağzalın qarşısında, biri isə şəhərdə yerləşən təcili yardım xəstəxanasının bölməsində baş verib. Bundan başqa, qonşu Tartus şəhərinin avtovağzalında da 3 partlayış törədilib.

Partlayışların məsuliyyətini İŞİD qruplaşmasının üzərinə götürdüyü bildirilir.