Tahir Kərimli Astan Şahverdiyevin bağışlanmasını istədi: "Üzrxahlıq edib, bununla da məsələ bitib"
11:26 27.12.2016
Arxiv
1369
"Ən böyük məsuliyyət Astan Şahverdiyevin üzr istəməsidir. Öz səhvini etiraf edib. Həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlılardan üzr istəyib. Ona görə də A. Şahverdiyevə qarşı təhdidlərdən çəkinmək lazımdır".
Bu sözləriSherg. az-a millət vəkili Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıları "otxot" adlandırmasından sonra ona qarşı artan təhdidlərə münasibət bildirərkən həmkarı Tahir Kərimli söyləyib. Deputat qeyd edib ki, belə təhdidlərin sonu cinayət və yaxud inzibati məsuliyyətə cəlb olunma ilə nəticələnir:
" Düzdü, o, xalqın heysiyyatına toxunub. Amma özü üzrxahlıq edib və bununla da məsələ bitib. Bu mənada düşünürəm söz-söhbəti dondurmaq lazımdır. Yəqin hamı anlayacaq ki, ortada A. Şahverdiyevin üzrxahlığı var. Həm də A. Şahverdiyevin düşmənləri, rəqibləri bu vəziyyətdən sui-istifadə edə bilərlər. Ona qarşı cinayət törədib, deyə bilərlər ki, xaricdən hədələyirdilər, yəqin onlar edib. Mənə elə gəlir ki, doğrudan da ciddi təhdidlər varsa, Astan müəllimin özü ehtiyac duyarsa, hüquq mühafizə orqanlarına müraciət etməlidir".
Qeyd edək ki, millət vəkili Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıları "otxot" adlandırmasından sonra ona qarşı təhdid və təzyiqlər artıb. Deputat evinin yandırılması ilə şantaj olunur.
Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə