Taksi sürücüsünü məftillə boğub öldürməyə çalışdılar
20:24 19.02.2019
Arxiv
590
Taksi sürücüsünü soyan sərnişinləri polis saxlayıb
Bakı sakini az qala soyğunçuların hücumu nəticəsində həyatını itirəcəkdi. Çünki cinayətkarlar onu məftillə boğub öldürməyə cəhd ediblər. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət fevralın 18-də Qara Qarayev prospektində baş verib. İki naməlum şəxs sərnişin qismində 48 yaşlı Abbasov Gündüz Əlövsət oğlunun idarə etdiyi Nissan markalı avtomobilə əyləşərək Bünyadov küçəsinə gedəcəklərini bildiriblər. Gedəcəkləri ünvana çatmamış sərnişinlərdən biri arxadan sürücünün boynuna məftili salaraq onu boğmağa başlayıb. Cinayətkarlar bu yolla Abbasovdan pul tələb ediblər. Kişinin üstündə isə cəmi 22 manat pul olub.
Quldurlar taksi sürücüsünün pullarını, mobil telefonunu və sənədlərini götürərək maşını metronun "Həzi Aslanov" stansiyasına sürməyi tələb ediblər. Burada cinayətkarlar maşından düşərək sürətlə ərazidən uzaqlaşıblar. Abbasov dərhal Sabunçu rayon Polis İdarəsinin 12-ci bölməsinə şikayət edib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polislər faktla bağlı şübhəli şəxslərdən birini - 33 yaşlı Abbasov Sahil Vahid oğlunu saxlayıblar. Abbasovun Mahir adlı cinayət ortağı da müəyyən edilib. Hazırda sonuncunun saxlanılması istiqamətində tədbirlər görülür.
Soyğunçuluq faktı ilə bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya