Tanınmış ziyalılar Mehman Əliyevə görə prezidentə müraciət etdi - MƏTN
08:22 06.09.2017
Arxiv
1321
"Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyevin azadlığa buraxılması üçün bir qrup ziyalı prezident İlham Əliyevə müraciət edib.
"Sherg.az"contact.az-a istinadən xəbər verir ki, müraciətdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, "Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı,keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa,Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzası var.
Müraciəti imzalayanlar dövlət başçısından Mehman Əliyevin işini diqqətə götürməyi xahiş edib:
"Bu şəxsin ölkə mətbuatının inkişafında böyük xidmətləri var, o nüfuzlu jurnalist və media eksperti kimi dünyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb.
"Turan” agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Xocalı faciəsi barədə dunyaya ilk məlumatı məhz "Turan” agentliyi çatdırıb. Həmin faciə haqqında çəkilmiş "Sonsuz dəhlız” fılmındə "Turan”ın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsində dünyada yarım milyarddan çox insan Xocalı faciəsi barədə məlumatlandırılıb.
Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanılması inandırıcı deyil, çünkü ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.
Cənab Prezident, biz cəmiyyətin yaxşı tanıdığı bır jurnalistin taleyindən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahış edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman