“Tanrıya qovuşacağam”

Az qala uşaqlarını öldürəcəkdi



ABŞ-ın Florida əyalətində ağılasığmaz hadisə baş verib. Bir ana "tanrıya çatacağam” deyə iki uşağıyla birlikdə intihara cəhd edib.

Ölmək üçün 2 aylıq qızı və 2 yaşındakı oğuluyla birlikdə tualet təmizləyicisi içən qadın, polislər tərəfindən çılpaq və ağrılar içində qıvrılarkən aşkarlanıb. Ailənin içdiyi tualet təmizləyicinin zəhərli maddə ehtiva etməməsi ailənin həyatda qalmasına səbəb olub. Xəstəxanaya yetişdirilən Vest ailəsinin 3 üzvünün mədələri yuyulub. Əri iş üçün şəhər xaricində olan Ameliya Vestin daha əvvəl uşaqlarıyla birlikdə bir qonşularına gedib, İsa peyğəmbərin olub- olmadığını soruşduqları da məlum olub.