TƏCİLİ ! Bu hal dünyada ikinci dəfədir yaşanır... – Fotolar

Öldürücü HİV-dən əziyyət çəkən xəstə tam sağalıb.
"Sherg.az” "sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, həmin xəstənin üzərində kök hüceyrələri olan donorlardan qəbul edərək, HİV virusunun yaşamasına mane olan nadir bir genetik mutasiya ilə sümük iliyinin nəqli həyata keçirilib. 
"London xəstəsi"adlanan bu pasient HİV-lə bağlı müalicəsini 16 ay dayandırıb. Lakin sonradan təqdiqatçılar böyük bir risqə gedərək onu sağaldıblar.
Bu əməliyyatı uğurla həyata keçirən Kembric Universitetinin professoru Ravindra Qupta bəyan edib ki, sümük iliyi transplantasiyası çox təhlükəli və ağrılı bir prosedurdur: 
" Bu əməliyyat hər dəfə uğurlu olmur. Hesab edirik ki, bu HİV-in müalicəsi üçün uyğun bir seçim deyil. Ona görə də, virusun tamamilə aradan qaldırılması üçün bir yol tapmaq təcili bir qlobal prioritetdir. Amma bu da çox mürəkkəbdir.
Bildirək ki, ilk dəfə belə hal 10 il bundan öncə qeydə alınıb.
Qeyd edək ki, dünyada təxminən 37 milyon insan HİV xəstəliyindən əziyyət çəkir. Və hər il HİV –dən təqribən bir milyon insan ölür.
Tərcümə etdi: Ayyət Əhməd