Təhlükəli Zika Türkiyədə...

Virusu daşıyan ağcaqanadlar İstanbul və Şərqi Qaradənizə axışdı





Zika virusunun daşıyıcısı olan iki ağcaqanad növü olan Aedes aegypti və AE. albopictus. Türkiyənin bəzi bölgələrinə çatdı və oralarda məskunlaşdı.

Təhlükəli zika virusu, ilk dəfə Cənub Amerika ölkələrində görünmüşdü. Zika virusu, mikrosefali adı verilən xəstəliyə səbəb olur. Mikrosefali xəstəliyinə bu günə qədər Türkiyədə dörd nəfərdə rast gəlinib. Bu dörd nəfər də Cənub Amerikaya gedən turistlər idi. Ancaq Türkiyə üçün başqa bir təhlükənin söz mövzusu olduğu Səhiyyə Nazirliyinin hazırladığı hesabatla gündəmə gəlib.

Gözyaşında, spermada və tüpürcəkdə yaşayır

Habertürk TV-də yer alan xəbərə görə, virusun daşıyıcısı olan iki ağcaqanad növü Türkiyənin bəzi bölgələrinə çatıb və yayılmağa başlayıb.
Birinci ağcaqanad növünün yayılması Şərqi Qaradəniz, Batam, Gürcüstan, Krım yarımadasına uzanan bir bölgədə aktivdir.

AE. albopictus isə daha məşhurdur. Qərbi Trakya və İstanbul, Şərq Qaradənizdə, Giresunda aktivdir və 5 -7 ilə qədər də Orta Anadoluya yayılacağı ehtimal edilir.

Ağcaqanadın adaptasiya qabiliyyətinin yüksək olduğu, yayılma bir növ olduğu bilinir, qış aylarında da yaşaya bilir. Hazırlanan hesabat əhəmiyyətlidir, çünki tədbirlər bu hesabata görə görüləcək. Səhiyyə Nazirliyinin hesabatında bu məlumatlar yer alır:

Xəstəliyə səbəb olan aedes növlərinin yayılması önlənməlidir. Vektor yayılmanın məhdud bölgələrdə olması müsbət bir vəziyyətdir, ancaq iqlim dəyişikliyi və tam olaraq təyin oluna bilməyən səbəblərlə vektor yayılmasının sürətləndiyi elmi bir gerçəkdir.

Bu virus spermada 6 ay yaşayır.

* Beyində ziyan
* Huşunu itirmə
* Oynaqlarda problemlər
* Başda kiçiklik (mikrosefali)
* Görmə və eşitmə çətinlikləri
* Yemək və udqunma çətinlikləri