Təhsil nazirinə yeni müavin təyin olunub




Təhsil Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

APA-nın xəbərinə görə, Mətin Eynullayev təhsil nazirinin yeni müavini təyin olunub.
Bu barədə prezident İlham Əliyevin müvafiq sərəncam imzalayıb.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, Mətin Eynullayev indiyədək Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.