Təhsil Nazirliyi istedadlı şagirdləri üzə çıxarır
10:53 03.11.2018
Arxiv
615
İnanırıq ki, məktəblilərimiz növbəti illərdə dünyanın müxtəlif nüfuzlu fənn olimpiadalarında ölkəmizi layiqincə təmsil edəcəklər
IV Respublika fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sisteminin yenidən qurulması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasının uğurla həyata keçirildiyini deyib.
Onun sözlərinə görə, Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb. M.Vəliyeva onu da qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya”sına əsasən, ölkədə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların akademik potensiallarının dəyərləndirilib inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görülür: "Artıq 5 ildir ki, Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Ölkənin 17 rayonunda 60 xüsusi istedad sinfi yaradılıb".
Olimpiadaların formatının keçmiş təhsil naziri Mikayıl Cabbarov tərəfindən dəyişildiyini vurğulayan təhsil eksperti Nabatəli Qulamoğlu deyib ki, həmin vaxtlardan bu sahəyə xüsusi diqqət ayrılmağa başlanılıb. Nəticədə də istedadsız uşaqların irəli çəkilməsi, haqsızlıqlara göz yumulması kimi hallara son qoyulub.
Son illər Azərbaycanda fənn olimpiadalarına hazırlıq səviyyəsinin qənaətbəxş olduğunu vurğulayan təhsil eksperti bir neçə dəfə təqdimat mərasimlərində iştirak etdiyini deyib: "2013-cü ildə Azərbaycanın iştirak etdiyi beynəlxalq olimpiadalarda şagirdlərimiz çox zəif nəticələr göstərirdi. O vaxtdan bəri də heç bir olimpiadada Azərbaycan iştirak etmir. Güman edirəm ki, həyata keçirilən bu tədbirlərdən sonra ölkəmiz bu yarışlarda daha yüksək nailiyyətlərə nail olacaq.
Xüsusi istedad siniflərinin yaradılmasında da Təhsil Nazirliyinin məqsədi istedadlı şagirdləri üzə çıxarıb, onların elmi potensial və tədqiqatçılıq qabiliyyətlərinin stimullaşdırılması istiqamətində məqsədyönlü addımlar atmaqdan ibarətdir.
Hesab edirəm ki, bu səylər nəticəsində məktəblilərimiz növbəti illərdə dünyanın müxtəlif nüfuzlu fənn olimpiadalarında ölkəmizi layiqincə təmsil edəcəklər. Yeri gəlmişkən, bizim şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında uğursuzluğunun başlıca səbəblərindən biri də təhsilin məzmunu ilə bağlı standartlarda yer alan yanlışlıqlar idi. Olimpiadada verilən suallar bizim ənənəvi məsələlərdən fərqlənirdi. Əksər misalların cavabını həll edərək yox, sadəcə düşünməklə tapmaq mümkündür. Sevindirici haldır ki, artıq nazirlik tərəfindən bu çatışmazlıqların aradan qaldırılması istiqamətində də müvafiq addımlar atılır. Dövlət İmtahan Mərkəzinin hazırladığı test tapşırıqlarının məzmunu da beynəlxalq olimpiadaların məzmununa uyğunlaşdırılıb”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət