Təkrar parlament seçkilərində 3 nəfərin deputatlığa namizədliyi qeydə alınıb





 Bu gün axşam saat 18:00-da 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi üçün ayrılan müddət başa çatır.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. İndiyə qədər 14 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. 9 nəfər imza vərəqələrini geri qaytarıb. İndiyədək 3 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.