Televiziyalar tənqidə ciddi reaksiya verməlidirlər
11:55 28.11.2014
Arxiv
728
Qulu Məhərrəmli: “Ekranı bütünlüklə meyxanaya həsr etmək, ona geniş meydan vermək olmaz”
Ötən gün televiziya və radio proqramlarının monitorinqinin nəticələrinə dair keçirilən konfransda bir çox telekanalların fəaliyyəti ciddi tənqid olunub. Konfransda iştirak edən millət vəkili Sabir Rüstəmxanlı deyib ki, telekanallarda olan yaxşı verilişlər xaricdə adama başucalığı, pis verilişlər isə başaşağılıq gətirir.
Azərbaycan dilində danışa bilməyənlərin efirə çıxmasını qınayan deputat həmçinin, musiqi verilişlərinin də bərbad gündə olduğunu vurğulayıb. Millət vəkili bildirib ki, bir vaxtlar meyxananı efirə buraxmazdılar, indi isə telekanallardan düşmür: "Meyxananın səviyyəsi aşağıdır. Əgər telekanallar bizə bunu gətirirlərsə, lazım deyil”. MTRŞ sədri Nuşirəvan Məhərrəmli də S.Rüstəmxanlının fikirləri ilə razılaşıb. Televiziyaları cəmiyyətin aynası adlandıran qurum sədrinin fikrincə, cəmiyyətin bütün eybəcərliklərini efirə gətirmək düzgün deyil: "Telekanalların musiqi studiyalarında əyləşənlərin səviyyəsi çox aşağıdır. Biz dünyaya muğamımızı göstərməliyik. Bir vaxt küçədə avara uşaqların musiqi ritmlərini sanki yüksək musiqi əsəri kimi təqdim etməməliyik”.
Televiziyaların ünvanına səsləndirilən tənqidlərə münasibət bildirən tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli deyib ki, həm dillə, həm də verilişlərin məzmunu ilə bağlı edilən tənqidlərə televiziyalar ciddi reaksiya verməlidir: "İradlar havadan asılı qalmamalıdır. Təəssüf ki, bu tənqidlərdən nəticə çıxaran yoxdur. Mən Sabir bəyin fikirləri ilə razıyam. Televiziya dəbdir, yaxşı ilə yanaşı, pisin də dəbidir. Ona görə televiziya davranışına çox diqqət yetirilməlidir. Dəyərlərlə bağlı qaldırılan problemlər də çox mühümdür. Biz televiziyada nəyi təbliğ edirik, məqsədimiz nədir, hansı auditoriyanı istəyirik, necə bir nəsil yetişdirməyə çalışırıq, bunlar önəmli suallardır. Televiziya proqramlarını hazırlayan və bunun konsepsiyasını müəyyənləşdirən adamlar bu məsələyə diqqət ayırmalıdır. Bilməliyik ki, bizim üçün dəyər nədir, dəyərsiz olan nədir”.
Professor telekanalların musiqi siyasətinə, xüsusən də meyxana tənqidinə də fikir bildirib: "Əslində meyxana da bir sənətdir və öz azarkeşləri var. Amma bu sənətin iki pilləsi var. Biri peşəkar, digəri isə məişət meyxanasıdır. Biz meyxana ilə repi müqayisə etsək, meyxanada çatışmayan cəhətlərin olduğunu görürük. Meyxananın çatışmazlığı sosial çalarların olmamasıdır. Amma rep sosial reportaj olduğu üçün biz onu qəbul edirik. Qədimdə meyxananı ona görə sevirdilər ki, bu janr müəyyən dərəcədə sosial problemləri qabardır, ictimai məsələlərə toxunurdu. Ancaq indiki meyxanalar söz yığınından ibarətdir. Narazılıq doğuran da məhz budur. Əlbəttə, heç kim meyxananın əleyhinə çıxmır. Meyxana janrı da Azərbaycan xalqının təfəkkürünün bir hissəsidir. Amma ekranı bütünlüklə meyxanaya həsr etmək, ona geniş meydan vermək olmaz. Yəni əsas problem ölçülərin düzgün müəyyən edilməməsindən və balansın pozulmasından gedir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə