Terror qurbanı: Berkayın tabutu "Fənərbaxça" bayrağına büründü

İstanbuldakı terrorda həyatını itirən tibb fakültəsinin 2-ci kurs tələbəsi Berkay Akbaş ata yurdu  Sinopda son mənzilə  yola salınıb.
Xain hücumda həyata vida edən 19 yaşlı gənc Berkay Akbaş, bu gün son dəfə evinin önünə gətirildi. Çox sevdiyi "Fənərbaxça" komandasının bayrağıyla tabutu örtülən Berkay üçün gözyaşları heç durmadı. Övladlarını itirmənin ağrısını yaşayan Zeynəb və Salam Akbaş ilə Berkay  bacısı Dr. Selin Akbaş çətinliklə ayaqda dayana bildi. Yaxınları tərəfindən təsəlli edilən ailə tabuta sarılaraq gözyaşı tökdü.