Tovuzda bir ailənin 4 üzvü zəhərləndi - ADLAR





Tovuzda bir ailənin 4 üzvü zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1985-ci il təvəllüdlü Rəşad Əliyev, onun həyat yoldaşı Məlahət Məmmədova, övladları - 2010-cu il təvəllüdlü Rəvan Əliyev, 2011-ci il təvəllüdlü Həsən Əliyev "balıq və pomidor" zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar. Onlara ilkin yardım göstərilib və vəziyyətləri ortadır.

İlkin araşdırmalara görə, həmin şəxslər adı çəkilən qidalarında evlərində qəbul etdikləri məlum olub.