Tovuzdakı qətllə bağlı YENİ XƏBƏR: oteldəki görüşdə nədən danışılıb?
11:57 13.09.2019
Arxiv
521
Tovuz rayonunda keçmiş məhkəmə sədri Firudin Ələkbərovun qətlə yetirilməsinin səbəbləri ilə bağlı bəzi təfərrüatlar aydınlaşıb.
Lent.az -ın əldə etdiyi məlumata görə, hadisədən bir az əvvəl tərəflər arasında pul söhbəti olub. Belə ki, F.Ələkbərlinin Əli Şəmiyevdən, ikincinin Zəyəm kəndi yaxınlığındakı otelinin tikintisində qanunsuzluqlara yol verdiyini iddia edərək, 10 min manat tələb etdiyi bildirilir. Bu pulun 5 min manatı keçmiş hakimə verilsə də, yarısı saxlanılıb. Elə mübahisə də pulun qalan hissəsi ilə bağlı olub.
Ə.Şəmiyev, əvvəlcədən sövdələşdikləri kimi, bu gün səhər saatlarında F.Ələkbərli ilə görüşüb. Sabiq hakim pul söhbətini bir daha gündəmə gətirib və hədələrə keçdikdən sonra Ə.Şəmiyev əvvəlcədən üstündə götürdüyü odlu silaha əl atıb.
Tovuz Rayon Xəstəxanasındakı mənbə bildirir ki, açılan 4 atəş nəticəsində Ələkbərovun böyrəkləri parçalanıb. Və bu da ölüm halını tezləşdirib.
Əli Şəmiyev hadisəni törətdikdən dərhal sonra özü polisə təslim olub.
Əli Şəmiyevin eyni zamanda Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Radujni şəhərində iri biznesi olub. O, əsasən makaron, düyü, çay, qənd və digər ərzaq növlərinin topdan və pərakəndə satışıyla məşğul imiş. Həmin şəhərdə bir neçə mağazası varmış.
11:17
Tovuzda baş vermiş qətl hadisəsilə bağlı yeni faktlar əldə etdik. Lent.az -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Firudin Ələkbərli “Makarov” markalı tapançadan qarın nahiyəsindən 4 güllə yarası alıb. Mənbə bildirir ki, qətlə yetirilən şəxsin Tovuzda fəaliyyət göstərən bəzi iş adamları, o cümlədən Əli Şəmiyevlə münaqişəsi olub. Həmçinin qətl hadisəsi də bu münaqişələrlə bağlıdır.
Rayondakı mənbələrin Lent.az -a bildirdiyinə görə, Əli Şəmiyevin Rusiyada böyük biznesi var. Mərhum F.Ələkbərli onun Zəyəm kəndi yaxınlığındakı otelinin tikintisində qanunsuzluqlara yol verildiyini iddia edibmiş.
"Hətta Ələkbərlinin bir müddət əvvəl jurnalist vəsiqəsiylə, yanında da özünü jurnalist kimi təqdim edən iki nəfər olmaqla, iş adamının yanına getdiyi bildirilir. Onların arasında hansı söhbətin olduğunu bilmirik", - deyə mənbə bildirib.
Mənbə əlavə edir ki, Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra başçısı Tofiq Zeynalovun qudasıdır.
Xatırladaq ki, bu gün səhər saatlarında Tovuz rayonunda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərli odlu silahla qətlə yetirilib.Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm