Toy günü gəlin niyə qaçdı? - Cəmiyyət hadisənin səbəbkarı kimi sevgisizliyi göstərir
10:17 25.08.2018
Arxiv
882
Salyanın Qaraçala qəsəbəsində keçirilən toy mərasimində baş verən gözlənilməz hadisə cəmiyyətdə birmənalı qarşılanmayıb. İndi hər kəsi bir neçə sual maraqlandırır. Gəlin niyə qaçıb - məcburi evlilik, yoxsa başqa səbəblər var?
ARB TV xəbər verir ki, adət-ənənəyə uyğun olaraq günorta saatlarında gəlin gətirməyə gedən zaman qız evində aldığı xəbər bəyi pis vəziyyətə salıb.
Hər kəsin maraq və təəccübünə səbəb olan gəlinin toy günü qaçması və bəyin başqası ilə evlənməsi faktı sosial şəbəkələrdə də geniş müzakirə olunub. Bəy gəlinin başqa oğlana qoşulub qaçdığını öyrənib və çarəni özünə təzə gəlin tapıb evlənməkdə görüb.
Psixoloq Aidə Nəbiyeva deyir ki, bu və buna oxşar hadisələr ilk deyil. Bildirilir ki, gəlin məcburən ərə verildiyi üçün bu addımı atıb:
"Qızın fikrini soruşmurlar. Toylarda heç vaxt bəyin qaçmasına rast gəlməmişik, daha çox bu hadisə yada düşəndə gəlinlə assosiasiya olunur. Bu, bir daha onu göstərir ki, bəzi regionlarda qızın, qadının fikrini soruşmaq o qədər də əhəmiyyət kəsb etmir və populyarlaşmayıb. Elə ailələr var ki, "mənim dediyim qanundu" deyib qızdan soruşmadan onu kiməsə ərə verirlər".
Ajiotaja səbəb olan bu hadisəyə münasibətlər də maraqlıdır. Günahkar valideynlər, xüsusilə də qız anaları hesab olunur.
Xalidə Vəliyeva - sakin: "Bir iş görəndə gərək övladla məsləhətləşib sonra o addımı atasan. Sabahları o addıma görə də xəcalət çəkməyəsən".
Əjdər Mərdanov - sakin: "Düz eləməyib. Yəqin məcbur veriblər ki, qaçıb. Ola bilər. Valideyn günahkardır yəqin".
Çimnaz Muradova - sakin: "Ömrü boyu istəmədiyi adamla yaşamalıdır, ona görə də qaçıb da. Düz edib. Günahkar isə valideynlərdir".
Ağa Quliyev - sakin: "Demək ki, o oğlanı sevməyib. Ona görə qaçıb. Sevsəydi, qaçmazdı. Əlbəttə ki, düz edib. Onun valideyninin günahıdır. Valideyn qızı verəndə onun fikrini öyrənməlidir".
Psixoloqlar belə hallarda çarəni qaçmaqda görmürlər. Valideynləri təkid etmək, onları məcburi evlilik fikrindən daşındırmaq və övladların qərarlarına hörmət etmək tövsiyə olunur.
Aidə Nəbiyeva - psixoloq: "Gənclərin fikrini öyrənmək vacibdir. Yaşlı nəsil isə bir az öz mövqelərini kənara çəkməlidir ki, belə hallar olmasın. Bu, elə bir məqamdır ki, yaddaşlara yazılır, evlənmək istəyən insanların motivasiyasını aşağı salır, hətta oğlana və onun ailəsinə travma verir".
Bu tip qərarları adətən hislərinin mahiyyətini dərk etməkdə çətinlik çəkənlər verir deyə psixoloq vurğulayır. Bu tip insanlar böyük ehtimalla stress zamanı bu cür yolu seçirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq