Toya hazırlaşan gəncdən acı xəbər gəldi

Yeni ilə nişanlısıyla birlikdə girən Seymendən geriyə nişan şəkilləri qaldı
İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina” gecə klubuna təşkil edilən terror hücumunda həyatını itirən Mustafa Sezgin Seymenin keçən  aylarda nişanlandığı öyrənildi. Milliyyət.com. xəbər verir ki, Yeni ilə nişanlısıyla birlikdə girən Seymendən geriyə nişan şəkilləri qaldı. Seymenin bir qohumunun da 1995-ci ildə terrorçularla  girdiyi qarşıdurmada şəhid olduğu öyrənildi.
 Mustafa Sezgin  Seymenin Trabzonun Sürmene  qəsəbəsi  doğumlu olduğu bildirilir. Acı xəbər ata Sezgin  və ana Sahime Seymenə səhərin erkən saatlarında verildi. 32 yaşlı Mustafa Sezgin Seymenin keçən  aylarda nişanlandığı öyrənildi. Yeni ildə əylənmək üçün gecə klubuna gedən Seymenin nişanlısının da hücumda yaralandığı iddia edildi. Dünən saat 16.30 radələrində təyyarə ilə İstanbuldan Trabzona gətirilən Seymenin cənazəsi, bu gün məmləkəti Sürmənə qəsəbəsində torpağa veriləcək.