TQDK: Dərsliklər haqqında rəylərə iki dövlət qurumu arasında münasibət baxımından yanaşmaq düzgün deyil
12:32 12.07.2016
Arxiv
741
2012-ci ildən bu vaxtadək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən respublikanın ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadədə olan I-XI sinif dərsliklərinin (Azərbaycan və rus bölmələri birlikdə: 391 dərslik, 154 müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi aparılıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı şəhərində və bölgələrdə dərslik müəlliflərinin iştirakı ilə dərsliklərin açıq müzakirələri keçirilib və bu müzakirələr internet vasitəsilə canlı yayımlanıb. Müzakirələr zamanı yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış I-VIII sinif dərslik komplektləri ilə bağlı daha çox irad və təkliflər bildirilib. Müzakirələr nəticəsində məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilmiş tapşırıqların məzmuna uyğunluğu baxımından yekun rəylər hazırlanıb. Yekun rəylər dərsliklərin yeni nəşrlərində nəzərə alınması üçün Təhsil Nazirliyinə göndərilib.
Dərsliklərin hazırlanması qaydalarına görə dərsliklər 4 il müddətində istifadədə olduğundan, rəylərdə göstərilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil. Bunu nəzərə alaraq, müəllimlərə metodiki köməklik baxımından, həmçinin monitorinqin nəticələrinin ictimiayyətə təqdim edilməsi üçün 2013-cü ildə "Dərslik portalı”(http://derslik.edu.az/) yaradılıb. Bütün yekun rəylər portalda (http://derslik.edu.az/monitoring/level4/) yerləşdirilib. Portaldan indiyədək 1 275 678 dəfə istifadə edilib, 2332 nəfər qeydiyyatdan keçərək dərsliklər haqqında irad və təkliflərini bildirib.
Dərslik müəllifləri yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərslik komplektlərinə dair yekun rəylərə də mütəmadi olaraq cavab verirlər və onların cavabları portalda yerləşdirilir. Belə ki, bu günlərdə IV sinif dərslik komplektlərinə (2015-ci il nəşri) dair yekun rəylərə müəlliflərin cavabları da portalda yerləşdirilib. Müzakirələrdə iştirak edənlərin, yekun rəyləri hazırlayan ekspertlərin və dərslik müəlliflərinin alim, praktik müəllim, metodist, psixoloq olduqları nəzərə alınarsa, dərsliklər haqqında rəylərə və verilən cavablara iki dövlət qurumu arasında münasibət baxımından deyil, elmi-pedaqoji və metodiki müstəvidə aparılan müzakirə kimi yanaşmaq lazımdır. Bütün bu işlər dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya