Tramp Rusiya və Çini təhdid edir




Çin və Rusiya ABŞ-ın yeni prezidenti Donald Trampdan diplomatk baxımdan uzaqlaşma siyasəti yürüdür. 

Sherg.az "Le monde.fr” ə istinadən xəbər verir ki, buna D.Trampın "Vahid Çin” anlayışını qəbul etməməsi səbəb olub.
 Məlumatda bildirilir ki, yeni prezident amerikalı diplomatlardan ibarət CİA məlumat agentliyi yaradıb. 

Məqsəd isə Rusiya və Çinin siyasi addımlarını, qərarlarını izləməkdir. Bundan başqa, D.Trampın Tayvan prezidentinə zəng edərək Tayvanla 1979-cu ildən bu yana dayandırılmış ticarət əlaqələrini yenidən başlatmaq istədiyini bildirib.

Yeni prezident ABŞ mediasına açıqlaması zamanı Çin və Rusiya ilə bağlı bunları söyləyib : "Anlaya bilmirəm ki, biz nədən yalnız "Vahid Çin” lə ticari əlaqə yaratmalıyıq? Bu, belə olmalı deyil. Əgər Çin belə istəyirsə, onda bir sıra sahələrlə bağlı. Məxsusi olaraq ticarət sahəsində müəyyən güzəştlər etməlidir. Moskvanın isə bu işə müdaxiləsi qəbuledilməzdir, hətta gülünc”. Əlbəttə, D.Tramp bu cür təhdidləri qarşı tərəfdə mnfi rezonans doğurub və bu səbəbdən Rusiya və ÇİN Trampa qarşı çıxıb.

Ayyət