Trampın gəlini xəstəxanalıq oldu

Ağ tozlu zərf şübhə yaradıb
Kiçik Donald Trampın həyat yoldaşı Vanessa naməlum ağ tozlu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib.
Bu barədə ABC telekanalı Nyu-York polisinə istinadən xəbər verib.
Məlumata əsasən, zərf kiçik Donald Trampın yaşadığı ünvana gətirilib. Məlumata əsasən, qadına müvafiq tibbi yardım göstərilib.
Kiçik Donald Trampın yaşadığı ünvana göndərilən ağ tozlu zərf təhlükəli deyil.
APA-nın məlumatına görə, bu barədə ABC telekanalı Nyu-York polisinə istinadən xəbər verib.
Məlumata görə, zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilən kiçik Donal Trampın xanımı və daha iki nəfərin vəziyyəti normaldır. Hazırda naməlum maddə tədqiqat üçün laboratoriyaya aparılır.
Qeyd edək ki, bundan əvvəl kiçik Donald Trampın həyat yoldaşı Vanessa naməlum ağ tozlu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib.