Tualet qana boyandı - Fotolar

Piton ilanı talesiz adamın elə yerindən dişlədi ki...
Tayvanda ağılasığmaz hadisə yaşanıb. Piton ilanı talesiz adamı cinsi orqanından dişləyib. "İngilis The Mirror” qəzetinin xəbərinə görə, səhər tezdən baş verən hadisə belə inkişaf edib.
Boonmakchuay, səhər oyandıqdan sonra tualetə girib. Unitaza oturduğu zaman cinsi orqanında bir ağrı hiss edib. Refleks olaraq əlini aşağı aparan 38 yaşlı adam, onu dişləyənin böyük bir ilan olduğunu anlayınca şok olub. Qışqıraraq həyat yoldaşını səsləyən adam, orqanını buraxmayan sürünənlə mübarizə etməyə başlayıb. Dəhşətli hadisə zamanı hamam sanki bir cinayətə səhnə olmuş kimi qana bulaşıb. Saniyələr içində ilandan xilas olmaq üçün dərhal ağlına bir şey gəlib. Boonmakchuay, əlinə keçirdiyi iplə dörd metr uzunluğundakı ilanın başından tutub. Sonra isə özündən gedərək huşunu itirib. Xəstəxanaya çatdırılan talesiz adamın sağlamlıq vəziyyətinin stabil olduğu ifadə edilir. İlanın beş xilasedici personalı tərəfindən tualetdən çıxarıldığı bildirilir. Borulardan dırmaşdığı təxmin edilən ilanın təbiətə buraxılacağı xəbər verilir.